Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iFon” telefonlarının istehsalçısı Hindistanda “iPhone” smartfonunu qadağan etməyi tələb edir


Ucuz "iFon" telefonlarının buraxılışı üzrə ixtisaslaşmış Hindistanın "iVoice Enterprises" şirkəti ölkə ərazisində "iPhone" satışını qadağan etmək qərarına gəlib. Şirkət Çin və Tayvanda öz qurğularının istehsalına başlamaq niyyətində olub, ancaq investorlar "Apple"ın  Hindistana gəlişindən sonra bu layihəyə sərmayə qoymaqdan imtina ediblər.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "iVoice Enterprises" şirkəti 2007-ci ildə təsis edilib. 2008-ci ildə ABŞ korporasiyası Hindistanın Ticarət Markaları Reyestri ünvanına "iFon" markasını silmək xahişi ilə bağlı ərizə təqdim edib, çünki "iFon" markasının səslənməsi "iPhone" ilə çox oxşardır. Bundan sonra investor və tərəfdaşlar "iVoice Enterprises" şirkətini  dəstəkləməkdən imtina ediblər və layihənin maliyyələşdirilməsini dayandırıblar.

"Biz hər kəs üçün əlçatan mobil telefonu buraxmaq istəyirdik, buna görə "India Phone" (iFon) seçilib" – şirkətin direktoru deyib. O bildirib ki, ticarət markasının qeydiyyatı üçün sorğu hələ 2007-ci ildə ("Apple" aparatlarının elanından əvvəl) verilib.

2010-cu ildə Hindistan şirkəti "iPhone" ticarət markasının Reyestrdən çıxarılması  haqda qarşılıqlı iddia qaldırıb və 2013-cü ildə ticarət markalarının qeydiyyatı üçün ərizələrin verilməsi tarixinin təyini üçün rəsmi proseduru keçirməyi xahiş edib.

Emil Hüseynov
 




03/03/15    Çap et