Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İT təchizatını təkmilləşdirir
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İT təchizatını təkmilləşdirmək məqsədi ilə şəhər və rayon maliyyə idarələrində işçilərin kompüterlərini sazlamaq niyyətindədir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, agentlik şəhər və rayon maliyyə idarələrində işçilərin vahid domenə daxil edilməsi, işçilər üçün korporativ e-mail ünvanların yaradılması, müvafiq antivirus və məsafədən qoşulma proqramlarının tətbiqini nəzərdə tutub.
Bununla yanaşı, Dövlət Xəzinədarlığı Agentliyində istifadə olunan verilənlər bazasında məlumatların optimallaşdırılması, partisiya indeksasiyası işlərinin aparılması, “SAP ABAP” dilində yazılmış RFC sorğuların PL SQL üzərinə keçirilməsi və optimallaşdırılması işlərinin həyata keçirilməsini planlaşdırır.
Hazırda müvafiq şirkətlərlə bununla bağlı danışıqlar aparılır və yaxın zamanda nəzərdə tutulanların icrasına başlanılacaq.
Aynur Vəliyeva
03/03/15 Çap et