Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” yeni smartfonlarını nümayiş etdirib
Barselonada keçirilən “Mobile World Congress” sərgisində “Microsoft” korporasiyası “Lumia 640” və “Lumia 640 XL” smartfonlarını nümayiş etdirib.
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “Lumia 640” smartfonu 720p təsvir ölçülü 5 düymlük “IPS” ekrana, piksellərin sıxlığı 294 ppi təşkil edir və “Gorilla Glass 3” qoruyucu şüşəsi ilə örtülüb. Smartfon 1,2 QHs tajt tezlikli dördnüvəli “Snapdragon 400” prossesoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1 QB, daxili yaddaş isə QB-dır. “MicroSD” yaddaş kartının köməyi ilə daxili yaddaşı 128 QB-dək artırmaq olar. Əsas kameranın təsvir ölçüsü 8 meqapikseldir və selfi üçün 1 meqapiksellik ön kamera quraşdırılıb.
“Lumia 640 XL” modeli 720p təsvir ölçülü (259 ppi) və “Gorilla Glass 3” qoruyucu şüşəsinə malik 5,7 düymlük ekrana malikdir. Smartfon 1.2 QHs takt tezlikli dördnüvəli “Snapdragon 400” prosessoru, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla (128 QB-dək artırmaq mümkündür) təchiz edilib.
“Lumia 640 XL” modeli “Zeiss f/2.0” linzası və 13 meqapiksellik təsvir ötürücüsünə malik əsas kamera ilə təchiz edilib. Selfi üçün kamera 5 meqapiksellik sensorla təchiz edilib. Hər iki kamera 1080p formatında video çəkə bilir.
“Lumia 640 XL” modeli “3G” (189 avro) və “4G” (219 avro) versiyaları üzrə artıq cari ay satışa çıxarılacaq. “Lumia 640” smartfonu isə apreldə “3G” (139 avro) və “4G” (159 avro) versiyaları üzrə əlçatan olacaq.
Emil Hüseynov
03/03/15 Çap et