Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“BlackBerry” şirkəti ucuz smartfonunu nümayiş etdirib


Kanadanın “BlackBerry” şirkəti yeni “BlackBerry Leap” ucuz smartfonunu nümayiş etdirib. Qurğu “MWC 2015” sərgisi çərçivəsində nümayiş etdirilib. Şirkətin bir sıra məşhur modellərindən fərqli olaraq, “BlackBerry Leap” smartfonunun ön panelində fiziki düymələr yoxdur və görünüşcə müasir smartfonların əksəriyyətindən, demək olar, fərqlənmir.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, “BlackBerry”nin yeni smartfonu 1280x720 piksel təsvir ölçülü 5 düymlük sensor ekran, 1.5 QHs takt tezlikli ikinüvəli “Qualcomm Snapdragon S4 Plus” prosessoru ilə təchiz edilib.

Aparat 2 QB əməli yaddaş və 16 Qb daxili yaddaşa malikdir, həmçinin smartfona 128 QB-dək tutumlu “microSD” formatlı yaddaş kartları üçün slot quraşdırılıb.

Əsas kameranın təsvir ölçüsü 8 meqapiksel, avtofokus və işıq diodu işıqlandırmasına malikdir, ön kamera 2 meqapikseldir. Qurğunun ölçüləri 144x72,8x9,5 mm, çəkisi 170 qramdır. Akkumulyator batareyasının tutumu 2800 milliamper/saatdır. Smartfon “BlackBerry 10.3.1” əməliyyat sistemi ilə işləyir.

Emil Hüseynov




04/03/15    Çap et