Britaniya kommersiya kosmik buraxılışlar üçün terminalın inşası planını bəyənib
Böyük Britaniya hökuməti üç ay davam edən müzakirələrdən sonra kommersiya kosmik aparatlar üçün terminalın tikintisi üzrə planı bəyənib. Bu barədə “İndependent” qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, terminalın Nyuki və ya Qlazqo şəhərində inşa edilməsi nəzərdə tutulur.
Bildirilir ki, terminal kosmosa kommersiya uçuşlarına, eləcə də planetin müxtəlif nöqtələrinə yüksəksürətli reyslərə xidmət göstərəcək. Texnologiyanın hazırlanmasına cəlb olunan şirkət nümayəndələrinin fikrincə, kosmik təyyarələrə Avstraliyayadək uçuş üçün iki saat vaxt lazım olacaq.
Mütəxəssislərin qiymətləndirməsinə görə, yeni terminalın tikintisi Böyük Britaniyaya kosmik turizm sahəsində lider mövqe tutmağa kömək edəcək. Hökumət reyslərin yerinə yetirilməsinə britaniyalı milyarder Riçard Brensona məxsus “Virgin Galactic”, eləcə də ABŞ-ın “Xcor Aerospace” şirkətlərini cəlb etmək niyyətindədir, -
“TASS” yazır.