Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “IBM” şirkətinin ixtisaslaşdırılmış konfransı keçirilir


Bakıda “IBM Solutions Connect - strategiyadan təcrübəyə” mövzusunda ixtisaslaşdırılmış konfrans keçirilir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə “IBM” şirkətinin satış üzrə vitse-prezidenti Karsten Vengel, son zamanlar İT bazarında böyük miqyaslı dəyişikliklər baş verdiyini qeyd edib.

“Bu dəyişikliklər əsasən sosial şəbəkələrin getdikcə daha çox inkişaf etməsi nəticəsində məlumatların həddən artıq çoxalmasına, data trafikin artımına, bulud texnologiyalarının yaradılmasına səbəb olub. Hazırda bazarda müşahidə olunan tendensiyalara uyğun inkişaf etmək məqsədi ilə “IBM” laboratoriyasının fəaliyyətinə hər il 6 milyon dollar sərmayə yatırılır. Laboratoriya hazırda gələcəkdə geniş istifadə ediləcəyi gözlənilən xüsusi çiplər üzərində işləyir. Bu çiplərin hazırlanmasında beyin arxitekturasından istifadə nəzərdə tutulur”, - deyə o bildirib.
 
K. Vengel həmçinin “IBM”-in Xəzər dənizində ətraf mühitin təhlükəsizliyi təmin edilə biləcək “Meduza” sensor qurğusu, sinxron tərcümə, elektron termometr və s. innovativ texnologiyalar üzərində işlər aparıldığını qeyd edib.
 
Aynur Vəliyeva 




04/03/15    Çap et