Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil telefonlar elektronika bazarının ən böyük seqmentidir
“IC Insights” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2014-cü ildə dünyada buraxılmış bütün elektron sistemlərin ümumi dəyəri 5 faiz artaraq 1,48 trilyon ABŞ dolları təşkil edib. Gözləntilərə görə, 2013-2018-ci illərdə elektronika bazarı üzrə orta illik artım göstəricisi 5,2 faiz təşkil edəcək.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər elektronika bazarında on əsas kateqoriya ayırıblar: mobil telefonlar, standart fərdi kompüter, rəqəmli televizorlar, avtomobil sistemləri, planşetlər, serverlər, tibbi elektronika, simsiz şəbəkə avadanlığı, oyun konsolları və "əşyaların interneti".
Mobil telefonlar elektronika bazarının ən böyük seqmenti olaraq qalır. 2013-cü ildə adı çəkilən qurğular ilk dəfə standart fərdi kompüterləri ötüb və 2014-cü ildə liderliyini möhkəmləndirib. “IC Insights” analitik şirkətinin məlumatına görə, ötən il telefonlar 265,2 milyard dollar (bütün növ elektronika qurğularının satışının ümumi həcminin 18 faizi) gəlir qazandırıb. Müqayisə üçün, standart fərdi kompüterlər 196 milyard dollar gəlir qazandırıb.
Emil Hüseynov
04/03/15 Çap et