Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Huawei” şirkəti “5G” tətbiqi ərəfəsində patent portfoliosunu artırır
Dünyanın ikinci ən böyük telekommunikasiya avadanlığı tədarükçüsü “Huawei” şirkəti “5G” mobil rabitəsinin tətbiqi ərəfəsində öz patent portfoliosunu artırır.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Çinin “Huawei” şirkəti əvvəl elan etmişdi ki, 2013-2018-ci illərdə beşinci nəsil simsiz şəbəkələr sahəsində tədqiqat və işləmələrə təxminən 600 milyon ABŞ dolları xərcləməyi planlaşdırır. Ancaq Barselonada keçirilən “Mobile World Congress 2015” beynəlxalq sərgisində jurnalistlər qarşısında çıxış edən “Huawei”nin direktorlar şurasının sədr müavini və icraçı direktoru Ken Hu deyib ki, “5G” sahəsində “R&D” xərclər ehtimal ki yüksələcək.
Avropa Patent İdarəsinin məlumatına əsasən, 2014-cü ildə “Huawei” qeydiyyatdan keçirilmiş patentlərin sayına görə Avropada yeddinci pillədə qərarlaşıb.
2020-ci ildə “5G” mobil şəbəkəsinin kommersiya istismarı gözlənilir. “4G” texnologiyası ilə müqayisədə 1000 dəfə daha böyük sürət təmin edə biləcək və "əşyaların interneti"nin inkişafına təkan verəcək.
Emil Hüseynov
04/03/15 Çap et