Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nəhəng İT şirkətləri gəlirlərini ABŞ-dan niyə gizlədir?
ABŞ-ın ən böyük şirkətləri milyardlarla dollar həcmində gəlirini ölkənin hüdudlarından kənara çıxarmaq istəyirlər. Hətta "Apple", "Microsoft" və "Google" öz vəsaitini ofşor şirkətlərdə gizlədir.
"Bloomberg" agentliyi yazır ki, yalnız 2014-cü ildə ABŞ-ın səkkiz ən böyük texnologiya şirkəti ofşor şirkətlərdə ümumilikdə 69 milyard dollar gizlədib. Həmçinin "Apple", "Microsoft" və "Google" şirkətləri bu siyahıda yer alıblar. Bu halda öz vəsaitini ABŞ-dan kənarda saxlayan Amerika şirkətlərinin ümumi sayı ötən il 8 faiz artıb.
"ICTnews" elektron xəbər xidməti "dni.ru" saytına istinadən bildirir ki, nəşr tərəfindən keçirilmiş tədqiqat xaricdə nağdsız vəsaitləri haqda hər il hesabat verən ABŞ-ın 304 böyük şirkətini əhatə edib.
Məlum olub ki, "Apple", "Microsoft" və "Google" və adı açıqlanmayan daha beş yüksəktexnologiyalı firma ABŞ iqtisadiyyatına 10 faiz zərər vurub.
Emil Hüseynov
05/03/15 Çap et