Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli bankın istehlak krediti və “Worldcard” borc ödənişini aprelin 30-dək poçt şöbələrində komissiyasız ödəmək mümkündür
“YapıKredi Bank Azərbaycan” yeni kampaniya keçirir.
Bankdan verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, aprelin 30-dək “World” loqosu olan “Azərpoçt” şöbələrində aparılan “YapıKredi Bank Azərbaycan” istehlak krediti və “Worldcard” borc ödənişi üçün komissiya tutulmayacaq.
Ödəmələr yalnız Azərbaycan manatı ilə həyata keçirilə bilər, edilən ödəmələr növbəti iş günü hesaba köçürüləcək. Həftə sonuna və ya qeyri-iş günlərinə (bayram günlərinə) təsadüf edən ödəmələr növbəti iş günü hesaba köçürüləcək.
CAHANGİR
05/03/15 Çap et