Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şimali Avropada ilk “3D” kafe açılıb


Finlandiyanın  Tampere şəhərinin mərkəzində "3D Crush" adlı kafe açılıb. Adı çəkilən kafenin ziyarətçiləri içəridə qurulmuş "3D" printerin köməyi ilə müxtəlif predmetləri çap edə və ya sadəcə, qurğunun iş prosesini izləyə bilərlər.

"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.ru" saytına istinadən bildirir ki, ilk öncə "3D" skaner orijinalı skan edir, bundan sonra printer öz işini görür. Sözügedən qurğunun köməyi ilə telefon üçün çexol və ya   üçölçülü "selfi" çap etmək olar. "3D" çap xidmətinin dəyəri baha deyil. Məsələn, brelok kimi kiçik əşyanın çapı 1,5 avroya başa gələcək.

Qeyd etmək lazımdır ki, bundan  əvvəl başqa ölkələrdə oxşar kafelər açılıb, "3D" çap texnologiyası isə tədricən həyatımıza daxil olur. Məsələn, Çində "3D" printerlərin köməyi ilə binalar inşa edilir.

Emil Hüseynov





05/03/15    Çap et