Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ağıllı” saatlar üçün antivirus hazırlanır
Müasir elektronika daha müxtəlif və mükəmməl olur, ancaq virus təhlükəsi müxtəlif qurğuların sahibləri üçün daha təhlükəli hal alır. Kibercinayətkarlar kompüterlərdən başqa, mobil qurğuları hədəfə alıblar və onların yeni hədəfi daşınan cihazlar ola bilərlər.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Intel” korporasiyası hakerlərin kompüterləşmiş saatlara müdaxiləsinin qarşısını almaq üçün antivirus proqram təminatının buraxılışını elan edib.
"Biz "ağıllı" saatlar haqda ürək ritmini ölçən qurğular kimi düşünməyə öyrəşmişik, amma bəzi insanlar belə əhəmiyyətsiz informasiyanın bütövlüyündən ehtiyatlanırlar" – “Intel”in baş direktoru Brayan Krjaniç deyib.
Emil Hüseynov
05/03/15 Çap et