Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” şirkəti təhlükəsizlik bölməsinə yeni rəhbər təyin edib
“Sony” korporasiyası informasiya təhlükəsizliyi üzrə yeni rəhbər postuna Amerika milli təhlükəsizlik agentliyinin keçmiş əməkdaşını təyin edib.
Buna səbəb şirkətin oyun xidmətlərinə edilən çoxsaylı haker hücumları olub. Bu hücum nəticəsində oyun cəmiyyətinin 100 milyondan çox istifadəçisinin şəxsi məlumatları şəbəkədə yerləşdirilib.
Filip Raytinqer əvvəllər Amerika Kibercinayətkarlıq Milli Mərkəzinin direktor vəzifəsini tutub. İndi o, “Sony” şirkətinin baş vitse-prezidenti olacaq və bilavasitə baş konsultant Nikol Seliqmanatabe olacaq.
“Sony” nümayəndəsi bildirib: "Əlbəttə ki, şəbəkə ilə olan problem bu təyinatın katalizatoru olub. Biz şəbəkəmizin təhlükəsizlik səviyyəsini gücləndirməyə çalışırıq".
Qeyd edək ki, cari ilin yazında “Sony PlayStation Network” oyun şəbəkəsi “Anonymous” haker qrupunun çoxsaylı kütləvi hücumlarına məruz qalıb. Şirkətə qarşı kibermüharibə şirkətin “Playstation 3”-ü sındırmış haker Corc Hotsanı məhkəməyə verməsindən sonra elan edilmişdi.
07/09/11 Çap et