Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər "iPhone" vasitəsilə pasientlər haqda məlumat toplayacaq
"Apple" şirkəti alimlər üçün yeni "ResearchKit"əlavə proqramını istifadəyə verəcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu alət açıq mənbə üzərindən alimlərə "iPhone" vasitəsilə pasientlərhaqda məlumat yığmaq imkanı verəcək.
Bir neçə yüksəksəviyyəli araşdırma institutları "ResearchKit" platforması ilə işləmək, həmçinin astma, döş xərçəngi, ürək xəstəliyi, diabet və Parkinson xəstəlikləriniöyrənmək üçün və araşdırma aparmaq üçün yeni əlavələr yaradıblar. Bu ali məktəblər arasında Stenford Universitetinin Səhiyyə Məktəbi və WeillCornell Səhiyyə Kollecini qeyd etmək olar.
"ResearchKit" platforması "Apple" şirkətinin "HealthKit"proqramı ilə birgə işləyəcək. Belə ki, “iPhone” vasitəsilə çəki, qan təzyiqi, şəkərin səviyyəsini və astma barəsində məlumat toplamaq, sağlamlıq və fitnessfunksiyalarındanistifadə etmək olar.
Proqram tərtibatçılara yeni nəsil araşdırma populyasiyası yaratmağa və adi akademik səhiyyə mərkəzlərinə xas olan məsafə asılılığını aradan götürməyə kömək edəcək.
Aynur Vəliyeva
10/03/15 Çap et