Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Xalq kompüteri” layihəsi çərçivəsində təqdim olunan kompüterlərin çeşidi artıb
“Xalq kompüteri” layihəsinin operatoru olaraq “BestComp Group” şirkəti layihəni daha da təkmilləşdirib.
Şirkətdən verilən məlumata görə, layihəyə müasir dövrün tələblərinə cavab verən, yeni noutbuk və personal kompüter modelləri daxil edilib.
Bu modellər də lisenziyalı “Windows 8.1 Pro” proqramı, “Microsoft Office 2013 Pro” ofis proqramı, eləcə də “DR.WEB” antivirus proqramı ilə təchiz olunub.
Xatırladaq ki, “Xalq kompüteri” layihəsi Azərbaycan Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən “HP” və “Microsoft” şirkətləri ilə birgə 2009-cu ilin aprel ayından həyata keçirilməyə başlanıb.
CAHANGİR
10/03/15 Çap et