Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İşçilər iş yerində hansı qurğudan istifadəyə üstünlük verirlər?


“Dell” və “Intel” şirkətləri əməkdaşların işdə hansı qurğulardan istifadəyə üstünlük verməsi ilə “Global Evolving Workforce Study” adlı tədqiqat keçiriblər.

Tədqiqat nəticəsində məlum olub ki, dünyadakı işçilərin 77 faizi iş yerində masaüstü fərdi kompüterdə işləməyə üstünlük verir. 2011-ci ildə bu göstərici 85 faiz təşkil edib.

"ICTnews" elektron xəbər xidməti “it-weekly.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə işçilərin 60 faizi xidməti vəzifələrinin icrası üçün bir neçə qurğudan istifadə ediblər. Bu halda mobil qurğuların populyarlığı artır: ötən il 2011-ci illə müqayisədə iş prosesində  smartfonlardan istifadə edən mütəxəssislərin sayı 7 faiz çoxalıb.

Rəyi soruşulmuş bütün işçilərin təxminən 25 faizi bildirib ki, əgər təqdim edilmiş qurğuların səviyyəsi onları razı salmasa, şirkəti tərk edə bilərlər. Bundan başqa, rəhbərlərin 86 faizi və gənc işçilərin 80 faizi bildiriblər ki, iş yerinin texnologiya baxımından təchizat səviyyəsi onlar tərəfindən bir şirkətdən başqasına keçid amillərindən biri kimi qiymətləndirilir.

Emil Hüseynov
 




10/03/15    Çap et