Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şəffaf televizor paneli və fikrin gücü ilə kanalları dəyişdirən pult
“İFA 2011” sərgisində (Berlin, Almaniya) Çin şirkəti “Haier” 2 innovasiyalı məhsul – şəffaf televizor və fikrin gücü ilə kanalları dəyişdirməyə və səsi nizama salmağa icazə verən televiziya pultu kimi neyrokontroller təqdim edib. Şəffaf televizor “OLED” texnologiyası üzrə hazırlanıb, diaqonalı 22 düymə bərabərdir.
O, incə metal çərçivəyə salınıb və 1680x1050 nöqtə kəskinliyinə malikdir. Şəffaf ekran kifayət qədər dəqiq təsvir göstərir, lakin rəng ötürülməsi o qədər yaxşı deyil.
Qeyd edək ki, “Haier” şirkəti belə məhsulun ev üçün lazım olacağını hesab etmir, onu daha çox reklam aləti kimi nəzərdən keçirir, belə ekranları ictimai yerlərdə istifadə etmək daha əlverişlidir. Təqdimatda ekran “Windows” əməliyyat sistemi ilə işləyən kompyuterə qoşulub.
07/09/11 Çap et