Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google”un maliyyə direktoru istefa verib


“Google” şirkətinin maliyyə direktoru Patrik Piçet istefa verib. O, bu haqda şirkətin sosial şəbəkəsindəki səhifəsində məlumat verib. İstefa verməsini öz ailəsi ilə daha çox vaxt keçirmək istəyi ilə izah edib. 52 yaşlı Patrik öz həyat yoldaşı ilə çox səyahət etməyi planlaşdırır.
 
O bildirib ki, son 25 ildə fasiləsiz işləyib, “Google” şirkətinin maliyyə direktoru vəzifəsində isə 7 il çalışıb. "Belə şirkətdə işləmək böyük şərəfdir. Mən ən yaxşılar ilə işləmişəm. Mənə göstərilən etimad və dəstəyə görə çox minnətdaram" – Piçet yazıb.
 
Qeyd edib ki, şirkətin yeni maliyyə direktoru təsdiq edilənədək öz vəzifəsini tərk etməyəcək.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Piçet 2008-ci ilin avqustunda “Google” şirkətinin maliyyə direktoru vəzifəsinə təyin olunub. Bunadək Kanadanın “Bell Canada” mobil  operatorunda maliyyə direktoru vəzifəsində çalışıb.
 
Emil Hüseynov




11/03/15    Çap et