Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda “Cisco”nun informasiya təhlükəsizliyi üzrə seminarı keçiriləcək
“Softline” və “Cisco” şirkətlərinin təşkilatçılığı ilə martın 17-də Bakıda “Cisco” şirkətinin informasiya təhlükəsizliyi sahəsində həlləri” mövzusunda seminar keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, seminarda “Cisco” həllərinin şəbəkə təhlükəsizliyi sahəsində istifadə etdiyi texnologiyaların əsas prinsiplərindən danışılacaq.
Tədbir çərçivəsində “Cisco with FirePOWER”, “Cisco WSA”, “Cisco ESA”, “Advanced Malware Protection” və “Cyber Threat Defence” kimi həllər təqdim ediləcək.
Seminar iştirakçılarının hər birinə yuxarıda qeyd edilən həlləri test etmək imkanı təqdim ediləcək. İştirakçılara “Müasir təhdidlərdən mühafizə üçün “Cisco ASA” yeni nəsil şəbəkələrarası ekranlar”, “Veb çıxışın və elektron poçtun kompleks təhlükəsizlik üçün Cisco həllərinin inkişafı”, “Advanced Malware Protection və Cyber Threat Defence – kibertəhdidlərlə və ziyanverici kodla mübarizə üçün müasir yanaşmalar” mövzularında “Cisco” mütəxəssislərinin məruzələri təqdim ediləcək.
Aynur Vəliyeva
12/03/15 Çap et