Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” sensor ekranlı noutbukunu təqdim edib
“Google” şirkəti “Chromebook Pixel” adlı yeni noutbukunu təqdim edib.
Qurğu sensor ekran, alüminium korpus və böyük tutumlu batareya ilə təchiz edilib ki, bu da 12 saat avtonom iş üçün kifayət edir.
"ICTnews" elektron xəbər xidməti “unian.net” saytına istinadən bildirir ki, yeni “Chromebook” müvafiq olaraq 2.2 QHs və 2.4 QHs takt tezlikli “Intel Core i5” və “Core i7” prosessorları ilə təchiz edilib. Konfiqurasiyadan asılı olaraq, əməli yaddaşın həcmi 8 və ya 16 QB, daxili yaddaş isə 32 və ya 64 QB-dır.
Həmçinin iki ədəd universal “USB Type C” portu, “Wi-Fi”, “Bluetooth 4.0” modulları və 720p təsvir ölçülü veb-kamerası var. Noutbuk “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Emil Hüseynov
13/03/15 Çap et