Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“eBay” mağazasında satış həcmi ilin əvvəlindən kəskin azalıb


“eBay” internet mağazasında satış həcmi ilin əvvəlindən kəskin azalmaqda davam edərək fevralda 26,2 faiz təşkil edib.
 
“İnternet mağazaları rahat deyil, onlar müasir dünyada yalnız seçmə ticarət üçün əlverişlidir. İnternet mağazalarının alıcılar arasında populyarlığı azalmağa doğru gedir və bu tendensiya artıq uzun müddətdir davam edir”, - mağazada satışın azalmasını şərh edən “ChannelAdvisor” platformasının direktoru Skot Uinqo bildirib.
 
Ekspertlərin məlumatına görə, son tendensiyalar onu göstərir ki, onlayn alıcılar "eBay”ın təklif etdiyi bu növ ticarətdən uzaqlaşaraq birbaşa satış mağazalarına üstünlük verirlər.
 
“ChannelAdvisor” nümayəndələri bildiriblər ki, alıcılar "Amazon” kimi tam xidmət spektri, o cümlədən iki gün ərzində pulsuz çatdırılma təklif edən onlayn mağazaların xidmətlərindən istifadəyə keçirlər.
 
Qeyd edək ki, “eBay” internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. “eBay”da brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər “eBay”da nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca “brands.ebay.com” bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.
 
Şirkət həmçinin “PayPal” və “Ebay Enterprise” şirkətlərinin sahibidir. Direktorlar Şurasının qərarına görə, 2015-ci ildə “eBay” “PayPal” sistemini ayrıca şirkətə ayıracaq. Sazişin maliyyə məsləhətçisi qismində "Goldman Sachs”, “Allen & Company” çıxış edir, - “Payspacemagazine yazır.  
 




13/03/15    Çap et