Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Britaniyada milyonlarla şagirdə kompüter paylanılacaq
Britaniyanın "BBC" şirkəti "Make it Digital" adlı genişmiqyaslı proqram işə salıb. Şirkət proqram çərçivəsində ödənişsiz mikrokompüterlər paylamaqla ölkədə proqramlaşdırma sahəsinə marağı yüksəltmək niyyətindədir.
"ICTnews" elektron xəbər xidməti "tjournal.ru" saytına istinadən bildirir ki, "BBC Make it Digital" proqramı "BBC Micro" təşəbbüsünün varisidir. Şirkət ötən əsrin 80-ci illərində britaniyalıların diqqətini fərdi kompüterlərə (FK) cəlb etmək üçün bütün ölkə ərazisində "BBC Micro" proqramını işə salmışdı. O zaman "BBC" şirkəti "BBC Micro" adlı öz ev FK-ni çıxarmış və onun istifadəsi üçün öyrədici proqramlar seriyası çəkmişdi.
"BBC" şirkəti "Make it Digital" çərçivəsində bir milyon "Micro Bit" ("Raspberry Pi" kompüterinin analoqu) mikrokompüterini şagirdlərə paylayacaq, 5 min işsiz yeniyetməyə proqramlaşdırmanın əsaslarını öyrədəcək və "Samsung", "Google", "Microsoft" və "ARM" daxil olmaqla 50-dən çox müxtəlif şirkətlərlə əməkdaşlıq razılaşması imzalayacaq.
"BBC" şirkətinin nümayəndəsi bildirir ki, yaxın beş il ərzində ölkədə ən azı 1,4 milyon "rəqəmli mütəxəssis" çatmayacaq. "Make it Digital" proqramı məhz bu boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.
Emil Hüseynov
13/03/15 Çap et