Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli onlayn ödəmə sisteminə daha bir bank qoşulub


"Hesab.az" onlayn xidmətlər portalı daha bir bankın müştərilərinə vaxtına qənaət edərək kredit ödənişlərini asanlıqla aparmaq imkanı yaradıb.

"ICTnews" elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, növbəti olaraq "ExpressBank" "Hesab.az" onlayn ödəmə sisteminə qoşulub.

Artıq istifadəçilər "Hesab.az"a daxil olaraq, "Bank və Lizinq" bölməsində  "ExpressBank" kredit ödənişlərini həyata keçirə bilərlər.

CAHANGİR




13/03/15    Çap et