Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” marker lövhədəki məlumatları rəqəmləşdirir


"Vaytboard" adlandırılan xüsusi ağ lövhədə markerlə yazmaq biznes auditoriya, şagirdlər və ya tərəfdaşlara öz fikrini  çatdırmaq üçün yaxşı üsuldur. Lakin "Equil Smartmarker" bu prosesi bir qədər texnologiyalaşdıracaq.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Equil Smartmarker" lövhədə yazdığınız hər şeyi rəqəmləşdirir və real vaxt rejimində məlumatları bir neçə smartfon, planşet və ya kompüterə ötürür. Lövhənin maksimal ölçüsü 4,9x1,5 metr təşkil edir.
 
Bu sistem iki hissədən ibarətdir. Birincisi, lövhəyə xüsusi lent bərkitmək lazımdır. O, ultrasəs metodunun köməyi ilə xüsusi markerin bütün hərəkətlərini dəqiqliklə izləməyə imkan verir.
 
Ötürücüyə, həmçinin 4 QB yaddaş quraşdırılıb, yazılmış məlumatları onda saxlamaq olar. Sistemin avtonom iş müddəti təxminən 8 saat təşkil edir. Qurğu 700 dollar dəyərində satışa çıxarılacaq.
 
Emil Hüseynov




13/03/15    Çap et