Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koreyada Azərbaycan nümayəndə heyəti yeni yaradılacaq ticarət sisteminin tətbiqini müzakirə edib


Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə geniş nümayəndə heyətinin Koreya Respublikasına işgüzar səfəri davam edir.
 
 
Komitədən verilən məlumata görə, səfər çərçivəsində QKDK sədri Rüfət Aslanlının Koreya Fond Birjasının sədri Kyunqso Çoi və digər rəhbər şəxslərlə görüşü zamanı “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti istiqamətində kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması əsasında yaradılacaq yeni ticarət sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb.
 
 
Eyni zamanda Koreya və Azərbaycanın kapital bazarlarının mövcud vəziyyətindən danışılıb.
 
 
CAHANGİR
 
 
 
 
 
 
 
 




13/03/15    Çap et