Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tədqiqat: şirkət rəhbərləri sosial şəbəkələrə qənim kəsilib


Avropa müəssisələrinin rəhbərləri sosial şəbəkələrdən fəal şəkildə istifadə edirlər, belə ki, onlar orada öz auditoriyası ilə əlaqə saxlayır.

Lakin onlar əməkdaşlarının sosial şəbəkələrdən istifadə etmələrindən narahatdırlar. Bu barədə “Clearswift” şirkətinin dünən dərc edilmiş “Work Life Web 2011” hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, şirkətlər iş yerlərində tədricən sosial şəbəkələrdən, xüsusilə “Facebook” və “Twitter”dən istifadəyə qadağa qoyurlar.

“Clearswift” şirkətinin əməliyyat direktoru Endryu Vayatt qeyd edib ki, əgər 1 il əvvəl təxminən 9% şirkət ofislərdə işçilərə “Facebook” və “Twitter”dən istifadə etməyi qadağan edirdisə, indi belə şirkətlər artıq 19%-dir. Onun sözlərinə görə, rəhbərləri korporativ məlumatların açıq şəbəkələrdə itkisi narahat edir.

"Biz Almaniya kimi ölkələrdə bir sıra böyük şirkətlərin məlumat itkisi və casusluq haqqında xəbərlərdən narahat olduğunu görürük, buna görə onlar sosial şəbəkələri bloklayırlar", - Vayatt bildirib.

"Belə narahatlıq indi bir çox ölkələrdə var. Sorğu nəticəsində məlum olub ki, təxminən 87% şirkət məlumat itkisindən narahatdır, ona görə müasir texnologiyalardan istifadənin qarşısını süni şəkildə alırar".




07/09/11    Çap et