Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“PayPal” kiberhücumları proqnozlaşdıran startapı satın alıb
“PayPal” onlayn ödəmə sistemi İsrailin “CyActive” startapını satın alıb.
“CyActive” şirkəti 2013-cü ildə İsrail Müdafiə Ordusunun kəşfiyyat bölməsində xidmət etmiş və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış keçmiş əməkdaşları tərəfindən təsis edilib.
"ICTnews" elektron xəbər xidməti “iksmedia.ru” saytına istinadən bildirir ki, “CyActive” startapı zərərli proqram təminatı inkişafını və gələcək kiberhücumların istiqamətini proqnozlaşdıran alqoritmlər hazırlayır. “CyActive” şirkətinin müştəriləri arasında İsrailin böyük şirkətləri yer alır.
Razılaşmanın dəyəri 60 milyon dollar təşkil edib.
Emil Hüseynov
14/03/15 Çap et