Azərbaycanda ilin əvvəlindən 375 sanksiyalaşdırılmamış insident qeydə alınıb
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə fevral ayında 192 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
"ICTnews" xəbər xidmətinin "
www.cert.gov.az" saytına istinadən verdiyi məlumata görə,
qeyd edilən insidentlərin 174-nün qarşısı alınıb. Bu ilin yanvar ayı ilə müqayisədə insidentlərin sayı 4,7 faiz artıb. Bu ilin əvvəlindən ölkədə 375 sanksiyalaşdırılmamış insident qeydə alınıb.
Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına fevral ayında 57 audit raportu göndərilib, bu da yanvarda həyata keçirilmiş auditlərin sayından 73,7 faiz çoxdur.
Ötən iki ay ərzində “cert.gov.az” tərəfindən yeni domen qeydə alınmayıb, subdomenlərin sayı yanvarda 6, fevralda isə 5 subdomen təşkil edib.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda 1582 sanksiyalaşdırılmamış insident qeydə alınıb, onlardan 1558-nin qarşısı alınıb.
Aynur Vəliyeva