Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan internet xidmətləri bazarında hansı provayder liderdir?


"Delta Telecom" şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərinin interaktiv qrafikinə əsasən, hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan "Bakinternet", "Uninet", "Aztelekom", "Azeronline", "DataPlus" şirkətlərinin kəskin rəqabəti nəticəsində "Aztelekom" İstehsalat Birliyi "Uninet" şirkətini geridə qoyaraq ikinci yerdə qərarlaşıb.


Belə ki, son iki ay ərzində "Bakinternet" dövlət internet provayderinin bazar payı 1,7% azalaraq 27,6 % təşkil edib, "Aztelekom"un isə 6% azalaraq 17,21% təşkil edib,  "Uninet"in payı cüzi artaraq 10,7% təşkil edib. "Azeronline"nın bazar payı azalaraq 7,3%, "Dataplus" şirkətinin bazar payı azalaraq 4,9 %, "Connect" şirkətinin bazar payı 4,13%, "Azqtel"in payı azalaraq 3,03% təşkil edib. Bazarda yeni internet provayder fəaliyyətinə başlayan "KATV1" kabel televiziyası provayderinin təsisçisi "AG Telecom" şirkəti qısa zaman ərzində bazarın 5,1%-nə sahiblənib.

Onların ardınca 2,8% bazar payı ilə "Ultel", 3,26%  "Castel", 1,8%  "Adanet", 2,26% "Azstarnet", 2,27 "Smart", 1,3% "Avirtel", 1,17%  "Azeurotel". Digər provayderlər bazarda çox kiçik 1%-dək paya malikdirlər.

Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 31-dən çox internet provayder fəaliyyət göstərir.
 
Aynur Vəliyeva




16/03/15    Çap et