Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ericsson ConsumerLab”: istifadəçilərin 66 faizi sağlamlığın yaxşılaşdırılması üçün daşınan qurğuların potensialına əmindir


“Ericsson ConsumerLab”ın yeni tədqiqatı çərçivəsində ekspertlər istifadəçilərin sağlam həyat tərzini qorumaq üçün müasir texnologiyalardan istifadə imkanlarını araşdırıblar.

Dünyanın 49 ölkəsində yaşayan 54 min istifadəçi arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, fiziki aktivliyi izləməyə imkan verən daşınan elektronika və “bulud” xidmətlərinə yüksək tələbat var. İstifadəçilərin 71 faizi daşınan qurğuları sağlamlıq vəziyyətinin ilkin qiymətləndirilməsi üçün səmərəli vasitə hesab edir.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, bundan başqa, respondentlər əmindirlər ki, “bulud” xidmətlərindən istifadə yaşayış keyfiyyətini yaxşılaşdırır və yaşam müddətini artırır.

Emil Hüseynov




16/03/15    Çap et