Britaniya bankı ürək döyüntüsündən şəxsiyyəti təsdiq etmək üçün istifadə edir
Britaniyanın “Halifax” maliyyə institutu istifadəçinin unikal ürək döyüntüsünü analiz etməklə onun şəxsiyyətini təsdiq edən yeni texnologiyanın sınaqlarını keçirir.
Belə ki, “Halifax” Kanadanın “Bionym” şirkəti ilə birgə əməkdaşlıqda bilərziyin sınağını aparır. Bildirilir ki, bilərzik vasitəsilə istifadəçilər öz internet banklarına daxil ola biləcəklər.
Mobil qurğulara “Bluetooth” ilə birləşən bilərzik istifadəçinin unikal elektrokardioqramını tanıyan quraşdırılmış ötürücü ilə təchiz olunub. Bununla "Halifax” bankının müştəriləri bilərzik vasitəsilə mobil qurğulardan parol və PİN kod daxil etmədən şəxsi kabinetlərinə daxil ola bilərlər.
Ötən ilin sentyabrında “Bionym” bilərzik üçün 10 min sifariş alıb. Hazırda şirkət “Royal Bank of Canada” və digər Kanada bankları ilə əməkdaşlıq edir, -
“Payspacemagazine” yazır.