Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ Dövlət Departamenti rus hakerlərindən mühafizə olunmaq üçün internet şəbəkəsini söndürüb
ABŞ Dövlət Departamenti rus hakerlərinin onun poçt serverinə tətbiq etdiyi ziyanverici proqram təminatını ləğv etmək məqsədi ilə onları söndürüb.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, departament viruslarla artıq üç aydır ki, uğursuz mübarizə aparır.
"Dövlət Departamentinin bəzi sistemləri qısa müddət ərzində işləməyəcəklər. Yeni təhlükəsizlik tədbirlərini görmək üçün onları söndürmək tələb olunur",- deyə rəsmi mənbələr bildiriblər.
Dövlət Departamentinin mütəxəssisləri, 2014-cü ilin noyabr ayında sındırılmış poçt serverlərini söndürüb. Bu arada bildirilib ki, məxfi məlumatların daxili mübadiləsi üçün nəzərdə tutulmuş sistemlərə ziyan vurulmayıb.
Etibarlı mənbələrdən verilən məlumatlara əsasən, haker hücumlarının əsas məqsədi Ukraynada müşahidə olunan böhran ilə bağlı məlumat əldə etməkdir.
Aynur Vəliyeva
16/03/15 Çap et