Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Biləsuvar Rayon İcra Hakimiyyəti “Elektron hökumət” portalına qoşuldu
Yerli icra hakimiyyəti orqanlarının “Elektron hökumət” portalına qoşulması prosesinə start verilib.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyəti “Elektron hökumət” portalına qoşulub.
Artıq adıçəkilən yerli icra hakimiyyəti orqanının “Vətəndaşların elektron qəbula yazılması” elektron xidməti portal üzərindən istifadəyə verilib.
Bu xidmət vasitəsilə vətəndaşların Biləsuvar Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxslərinin qəbuluna yazılması və prosesin onlayn izlənilməsi mümkünləşib.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə Tədbirlər Planında il ərzində yerli icra hakimiyyəti orqanlarının göstərdiyi elektron xidmətlərin “Elektron hökumət” portalına inteqrasiya etdirilməsi nəzərdə tutulub.
CAHANGİR
16/03/15 Çap et