"Hədəf budur ki, 2018-ci ilə Azərbaycanda 85% əhali yüksək sürətli geniş zolaqlı internetə, yəni kənd yerlərində 30 Mbit/s, şəhərdə 100 Mbit/s internetə çıxış sürətinə malik olsun. Əgər həmin tarixə buna çata bilsək, demək olar ki, bu, inkişaf etmiş ölkələrin göstəricilərinə yaxın olacaq", - deyə Ə. Abbasov bildirib.
Nazir qarşıda duran əsas hədəflər arasında ölkədə rəqəmsal televiziya, peyk texnologiyalarının inkişafı məsələlərinin də adını çəkib. 2017-ci ildə Azərbaycanın növbəti peykini orbitə çıxaracağını deyən Ə. Abbasov Azərbaycanın bununla da kosmik fəzada öz yerini möhkəmləndirmək fikri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu sahəyə həm dövlət, həm də özəl sektor və xarici şirkətlər tərəfindən investisiya qoyulması üçün şəraitin yaradılması nəzərdə tutulub.