Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Kasperski laboratoriyası": ABŞ arzuolunmaz məktubların göndərişi üzrə liderdir
"Kasperski Laboratoriyası"nın məlumatına görə, 2014-cü ildə qlobal poçt trafikində spamın payı azalaraq 66,8 faiz təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 3 faiz azdır. Spam məktublarının həcminə görə əvvəlki kimi ABŞ (16,7 faiz) liderdir. Amerikalı istifadəçilər arzuolunmaz məktublara bərkidilmiş zərərli fayllarla daha çox rastlaşıb.
"ICTnews" elektron xəbər xidməti “computerworld.ru” saytına istinadən bildirir ki, ötən il kibercinayətkarlar arzuolunmaz məktublarda yenidən gündəmdə olan hadisələrdən istifadə ediblər: məşhurların ölümü, hərbi əməliyyatlar və beynəlxalq idman tədbirləri. 2014-cü ildə spamerlər “SMS” və populyar messencerlərin (“WhatsApp”, “Viber” və başqaları) vasitəsi ilə reklam tədarükü üzrə xidmətlər təklif etməyə başlayıblar. Belə xidmətlərin sifarişçilərini ənənəvi poçt spam göndərişlərinin köməyi ilə axtarırlar və belə reklamın həcmi, həmçinin yüksəlir.
Zərərli bərkitmələr arasında məxfi məlumatların daxil edilməsi üçün formadan ibarət fişinq “html” səhifəsinə daha çox rast gəlinib. İkinci pillədə “qurban”ın poçt kontaktlarını toplayan və sonra özünü onlara göndərən “Bagle” soxulcanı, üçüncü pillədə istifadəçini fırıldaq saytlara yönləndirən “Redirector” troyanı qərarlaşıb.
Emil Hüseynov
17/03/15 Çap et