Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti LNK boşluğunu bağlayıb


“Microsoft” şirkəti “Stuxnet” “kompüter qurdu” tərəfindən istifadə edilən LNK boşluğu üçün yeni “yamaq” yaradıb.

“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Stuxnet” 2010-cu ildə İrandakı nüvə mərkəzinə qarşı hücum ilə əlaqədar açılıb. “Microsoft” o vaxt “yamaq” təqdim etsə də, 2015-ci ilin əvvəlində məlum olub ki, onun təsiri qeyri-effektivdir.
 
“Kasperski Laboratoriyası”nın verdiyi məlumata əsasən, 2013-cü ilin noyabr ayından 2014-cü ilin noyabr ayınadək boşluğun 19 milyon fərdi kompüterə qarşı 50 milyon dəfə fəallığı qeydə alınıb. Bu hadisələrin əksəriyyəti Vyetnamda və Hindistanda baş verib.
 
Aynur Vəliyeva




17/03/15    Çap et