Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ekspertlər: “Apple” qiymətli metallar bazarında vəziyyəti dəyişdirəcək
“Bloomberg” agentliyinin məlumatına görə, son on ildə ABŞ və Avropada qızıl-zinət əşyalarının istehlakı təxminən iki dəfə azalıb.
Alıcılar əsasən gümüş və platin metallarına üstünlük veriblər. Amma “Metallis Consulting” şirkətinin nümayəndəsi hesab edir ki, “Apple Watch” “ağıllı” saatlarının çıxarılması dünyada qızıl-zinət əşyalarının istehlakını artıracaq.
"ICTnews" elektron xəbər xidməti “it-weekly.ru” saytına istinadən bildirir ki, beləliklə, qızıl "dəbdən düşmüş köhnəlmiş material" nüfuzundan xilas ola biləcək.
“Astley Clarke”in mütəxəssisləri bildirirlər ki, yüksək texnologiyada qızıldan istifadə gənc istifadəçilərin bu materiala marağını artıracaq.
Emil Hüseynov
17/03/15 Çap et