Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzEvroTel” şirkəti Novruz bayramı münasibətilə kampaniya keçirir


“AzEvroTel” dövlət şirkəti Novruz bayramı münasibətilə İnternet və İP-TV xidmətləri üzrə kampaniya keçirir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, kampaniya ADSL və VDSL texnologiyaları üzrə 4 Mbit./s sürətdən az olmamaq şərti ilə İnternet xidmətinə yeni qoşulan istifadəçilərə “İPTV Standart” paketini (100 TV kanal) pulsuz, “İPTV Premium” paketini (182 TV kanal) isə aylıq abunə haqqı 4 (dörd) manat olmaqla təqdim edilməsini nəzərdə tutur.

Hər iki paket ayrılıqda ancaq İPTV xidməti üçün sənədləşdirildikdə qoşulma haqqı və 1-ci ayın abunə haqqı pulsuzdur.

Qeyd edək ki, “İPTV Standart” paketinin aylıq abunə haqqı  4 manat, “İPTV Premium” paketinin aylıq abunə haqqı 10 manat təşkil edir.
 
Aynur Vəliyeva




17/03/15    Çap et