Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası “Internet Explorer” brauzerindən imtina etdi


“Microsoft” şirkəti “Internet Explorer” (“IE”) brendindən imtinaya qərar verib. Bu haqda ABŞ-da keçirilmiş “Microsoft Convergence” tədbirində korporasiyanın marketinq üzrə direktoru Kris Kaposela bildirib. Kaposela deyib ki, hazırda şirkət “Windows” 10 əməliyyat sisteminə inteqrasiya ediləcək brauzer üçün yeni ad seçir.
 
Bildirilir ki, “IE” brauzeri “Windows 10” əməliyyat sisteminin korporativ istifadə üçün nəzərdə tutulmuş bəzi redaksiyalarında saxlanılacaq. Ancaq “Windows 10”-dan başlayaraq istifadəçilər “Spartan” kod adlı yeni brauzerin köməyi ilə internetə daxil olacaqlar.
 
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, Kaposela deyib ki, “Spartan” məhsulun yekun adı deyil və şirkət yeni brauzer üçün kommersiya adının axtarışı üzərində işləyir. Məsələn, marketoloqlar istifadəçilərin “Microsoft” brendinə münasibətini araşdırırlar.
 
Emil Hüseynov
 




18/03/15    Çap et