Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
XİN sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyi son günlər sosial şəbəkələrdə Dağlıq Qarabağla bağlı yayılan informasiyalara münasibət bildirib.
“ICTnews” elektron xəbər xidməti bildirir ki, XİN-in sözçüsü Hikmət Hacıyev həm ölkəmizdə, həm də ölkəmizdən kənar sosial şəbəkə istifadəçilərinin rastlaşdığı anlaşılmazlığa işıq tutub. O qeyd edib ki, “Facebook”, “Tvitter” kimi bəzi sosial şəbəkələrdə Emil Arzanqulyan adlı şəxs tərəfindən Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsində doğum yerinin “Dağlıq Qarabağ” göstərildiyi barəsində məlumat verili. “Xarici İşlər Nazirliyi tərəfindən verilmiş təlimat əsasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi bununla əlaqədar Rusiya Xarici İşlər və Daxili İşlər nazirliklərinə müraciət edib” – deyən H.Hacıyevin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyindən daxil olan notada Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyi və münaqişənin həlli çərçivəsində üzərinə götürdüyü öhdəliklərə davamlı şəkildə sadiqlik nümayiş etdirdiyi qeyd olunur. E.B.Arzanqulyan tərəfindən sosial şəbəkələrdə yayılan məlumatın heç bir halda Rusiya Federasiyasının bu məsələ ilə əlaqədar rəsmi mövqeyinə aidiyyəti olmadığı vurğulanır.
Notada həmçinin, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 365 nömrəli 13 may 2009-cu il tarixli əmri ilə təsdiq olunan Rusiya Federasiyasında sürücülük vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi haqqında qaydalara müvafiq olaraq, sürücülük vəsiqələrinin doğum yeri adlı bölməsində daha böyük inzibati-ərazi vahidinin adının qeyd olunduğu barəsində məlumat verilir.
Notada E.B.Arzanqulyanın müəyyən edildiyi kimi, Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) anadan olduğunu nəzərə alaraq, onun sürücülük vəsiqəsində qeyd olunan “Dağlıq Qarabağ” ifadəsi ilə ASSR-in DQMV-nin nəzərdə tutulduğu bildirilir.
SEYMUR
18/03/15 Çap et