Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IDC”: kompüter təhlükəsizliyi üzrə aparat vasitələri bazarının həcmi kəskin yüksəlib
2014-cü ilin dördüncü rübündə kompüter təhlükəsizliyi üzrə aparat sistemlərinin (security appliance) tədarük həcmi pul baxımından ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.6 faiz yüksələrək 2,6 milyard dollar təşkil edib.
Bu halda satılmış qurğuların sayı 16,7 faiz artaraq 636 minə çatıb. 2014-cü ildə pul və ədədi baxımından artım müvafiq olaraq 8,4 və 8,3 faiz təşkil edib.
"ICTnews" elektron xəbər xidməti “computerworld.ru” saytına istinadən bildirir ki, “Cisco” şirkəti sözügedən bazarın lideri olaraq qalır, hərçənd onun bazar payı 2013-cü ilin dördüncü rübündə qeydə alınmış 18-dən 16.6 faizə enib. “Check Point” ikinci pilləni tutub.
Emil Hüseynov
18/03/15 Çap et