“Windows” sistemi üçün "Office 2016” paketinin ilkin versiyası nümayiş olunub
ABŞ-ın “Microsoft” korporasiyası “Windows” əməliyyat sistemi üçün "Office 2016” paketinin ilkin versiyasını nümayiş etdirib. "Access”, “Excel”, “Lync”, “OneNote”, “Outlook”, “PowerPoint”, “Publisher” və “Word” əlavələrinin daxil olduğu paket tərtibatçılar və informasiya texnologiyaları (İT) sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
Korporasiya nümayəndələrinin sözlərinə görə, paketdə hələ planlaşdırılan funksiyaların hamısı quraşdırılmayıb, lakin yeni texniki imkanların yer alacağı yenilənmə paketləri hər ay buraxılacaq. “Windows” üçün "Office 2016”-nın sonuncu versiyasının cari ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
“Office 2016” paketi “Windows 10” əməliyyat sistemi üçün sensor interfeysli versiyadan fərqli olaraq ənənəvi masaüstü kompüterlər üçün nəzərdə tutulan paketdir, -
“Computerworld” yazır.