Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya mobil infrastruktur üçün avadanlıq bazarının həcmi artıb


“LTE” şəbəkələrinin inkişafı sayəsində dünya mobil infrastruktur üçün avadanlıq bazarında mədaxil 10 faiz artaraq 2014-cü ilin yekunları üzrə 46,8 milyard dollar təşkil edib. Bu barədə “Infonetics Research” tədqiqat şirkətinin məlumatında deyilir.
 
“Biz həmişə bu fikirdə olmuşuq ki, “LTE” bütün mobil infrastruktur bazarını canlandıracaq və bu, hazırda baş verir. 2014-cü ildə “LTE” seqmentində mədaxil 2013-cü illə müqayisədə 69 faiz artıb”, - şirkətin aparıcı analitiki Stefan Teral deyib.  
 
Məlumata görə, ötən il “4G/LTE” mobil infrastruktur üçün avadanlığın satışından 22 milyard dollar,  “2G/3G” şəbəkələrindən 25 milyard dollar qazanc əldə olunub.
 
Bununla yanaşı, analitiklər güman edirlər ki, “LTE” şəbəkələrinin tikinti miqyası artıq ən yüksək həddə çatıb. Bu səbəbdən 2016-cı ildən bazar “5G”-nin tətbiqinədək davam edəcək uzunmüddətli tənəzzül dövrünə daxil olacaq.
 
“Infonetics”in proqnozuna görə, 2019-cu ildə mobil infrastruktur (2G/3G/4G) üçün avadanlıq bazarının ümumi həcmi 2014-cü ildəki 47 milyard dollardan 27 milyard dollaradək azalacaq, - "DailyComm” yazır.




18/03/15    Çap et