Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2019-cu ilədək “ağıllı” saatların tədarükü 79 milyona çatacaq


“Gartner” tədqiqat şirkətinin proqnozuna görə, 2015-ci ildən etibarən qlobal “ağıllı” saat bazarında sürətli inkişaf başlanacaq.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Tayvanın paytaxtı Taybeydə keçirilmiş media-brifinq zamanı analitik şirkətin eksperti Ancela Makintayr yerli KİV-ə bildirib ki, 2014-cü ildə "ağıllı" saatların tədarük həcmi 5 milyon olub. 750 min qurğu tədarük etmiş “Pebble” sözügedən bazarın lideri olub.

Cari il bu bazarın həcmi səkkiz dəfə yüksələrək 40 milyon təşkil edəcək, 2019-cu ilədək “ağıllı” saatların tədarükü 79 milyona çatacaq.

Ancela Makintayr, həmçinin deyib ki, hazırda 300 milyondan çox  “iPhone” sahibi var və onların çoxu, ehtimal ki, gələcəkdə “Apple Watch” satın alacaq.

Emil Hüseynov




19/03/15    Çap et