Almaniya məhkəməsi “Uber” şirkətinin fəaliyyətini məhdudlaşdırıb
Almaniyanın Frankfurt şəhər məhkəməsi "Uber" şirkətinin fəaliyyətini qismən qadağan edib, həmçinin şirkət və onun törəmə "UberPop" xidməti 250 min avro məbləğində cərimə olunub.
Hakim İoahim Nikel dinləmələrdə bildirib ki, "Uber" kommersiya nəqliyyat daşımaları haqqında Almaniya qanunlarını pozub. Səbəb kimi sürücülərin lazımi lisenziyalara malik olmaması qeyd edilir.
"Uber" Almaniyada lazımi sənədləri olan sürücülərlə işini davam etdirəcək", - şirkətin Almaniya ofisinin baş direktoru Fabian Nestmann deyib. O qeyd edib ki, belə iş sxemində "Uber" məhkəmənin qərarını yerinə yetirə bilər. F.Nestman əlavə edib ki, şirkət qərardan protest verəcək.
"Uber" şirkətini məhkəməyə yerli "Taxi Deutschland" Taksi Sürücüləri Həmkarlar İttifaqı verib.
Məlumat üçün qeyd edək ki, 2009-cu ildə yaradılan "Uber" şirkətinin mobil əlavəsi taksi və ya fərdi sürücüləri axtarmağa, sifariş və ödəniş etməyə imkan verir. 2014-cü ilin dekabrında şirkət 1,2 milyard dollarlıq investisiya cəlb edib və onun dəyəri 41 milyard dollar qiymətləndirilib, - "
www.lenta.ru" yazır.