Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İki nəhəng indi avtomobil sənayesində mübarizə aparır


Cənubi Koreyanın “Samsung” və ABŞ-ın “Apple” şirkətləri arasındakı “müharibə” avtomobil sənayesi sahəsində davam edir. Əsas məsələ ondan ibarətdir ki, hansı şirkət öz elektrik avtomobilini birinci ilk kütləvi istehsala buraxacaq.
 
"ICTnews" elektron xəbər xidməti “dni.ru” saytına istinadən bildirir ki, “Apple” korporasiyası 2020-ci ilədək elektrik avtomobili buraxmaq niyyətindədir. Əvvəllər “Ford”un icraçı direktoru vəzifəsində çalışmış, “iPod” və “iPhone” qurğularının hazırlanmasında iştirak etmiş Stiv Zadeskinin rəhbərliyi altında qrup “Titan” layihəsi üzərində işə başlayıb. Gözləntilərə görə, yaxın vaxtlarda təqdim ediləcək yeni “CarPlay” sistemi avtomobilin multimedia qurğularını idarə etməyə imkan verəcək.

Ancaq “Thomson Reuters”in hesabatına əsasən, “Samsung” avtomobil texnologiyaları sahəsində daha aktiv tədqiqat və hazırlamalar aparır. Cənubi Koreya istehsalçısının patentlərini araşdırmış analitiklər belə nəticəyə gəliblər.
 
Buna görə Cənubi Koreya şirkətinin rəqibini qabaqlamaq məqsədi ilə öz avtomobilini hazırlamaq istəyi istisna deyil.
 
Emil Hüseynov




19/03/15    Çap et