Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Martın 29-u Azərbaycanda yay vaxtına keçiləcək


Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 4:00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.
 
Hər il oktyabr ayının son bazar günü isə saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
 
Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 29 mart 2015-ci il tarixində saat 4:00-da ölkə ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.
 
 
Həqiqət İSABALAYEVA




19/03/15    Çap et