Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Belarusun rabitə və informatizasiya naziri Azərbaycana səfər edəcək
Martın 30-dan aprelin 2-dək Belarus Respublikasının rabitə və informatizasiya naziri Sergey Popkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olacaq.
Səfər çərçivəsində S.Popkovun Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşü nəzərdə tutulur.
Hər iki ölkənin nümayəndə heyətlərinin iştirak edəcəyi ikitərəfli görüşdə rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.
19/03/15 Çap et