Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İki ay ərzində keçirilən texniki baxış zamanı aşkarlanan radioelektron vasitələrin sayı açıqlanıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) yanvar-fevral ayları ərzində 103  təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirərək 44 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlayıb.

İdarədən verilən məlumata görə, onlardan 5-i möhürlənib, 44-nün qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar  Məcəlləsinin pozulması barədə 5 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciət edilib.

CAHANGİR




19/03/15    Çap et