Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada internetə qoşulma sürəti 4,5 Mbit/s təşkil edir


“Akamai Technologies” şirkətinin növbəti hesabatına əsasən, 2014-cü ilin dördüncü rübündə dünyada internetə qoşulmanın orta sürəti 4,5 Mbit/s təşkil edib ki, bu da ötən rüblə müqayisədə  0,7 faiz yüksəkdir, həmçinin ötən ilin göstəricisini 20 faiz ötür.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin məlumatına görə, Cənubi Koreya sakinləri ən sürətli internet çıxışa malikdir: 2014-cü ilin oktyabr-dekabr aylarında bu ölkədə internetə qoşulmanın orta sürəti 22,2 Mbit/s təşkil edib ki, bu da illik hesablama üzrə 1,6 faiz yüksəkdir.
 
Honkonq bu göstərici üzrə ikinci pillədə qərarlaşıb, orada istifadəçilər internetə 16,8 Mbit/s orta sürətlə daxil olurlar. Yaponiya (15.2 Mbit/san) üçüncü pillədə yer alıb.
 
 
Ekspertlər bildirirlər ki, internetə qoşulmanın sürəti üzrə ilk onluğa daxil olan bütün ölkələrdə irəliləmə müşahidə olunub. Bu siyahıda, həmçinin aşağıdakı ölkələr var: İsveç (14,6 Mbit/s), İsveçrə (14,5 Mbit/s), Hollandiya (14,2 Mbit/s), Latviya (13 Mbit/s), İrlandiya (12,7, Mbit/s), Çexiya (12,3 Mbit/s) və Finlandiya (12,1 Mbit/s).
 
Emil Hüseynov




29/03/15    Çap et